"Barselona" Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qalatasaray"la qarşılaşacaq.
Bu gün baş tutan mətbuat konfransında Xavi fikirlərini bildirib. Mütəxəssis onları çətin oyun gözlədiyini deyib:
"Sabah bizim üçün final matçıdı. İlk oyundakından istəkli olmalıyıq, daha çox qol vəziyyətlərinə girməliyik. Bu komadanın Avropada mübarizə apara biləcəyini göstərmək istəyirik. Çox çətin oyun olacaq. "Qalatasaray" Avropada hər komanda ilə rəqabət apara bilər, bunu "Kamp Nou"da göstərdilər".
Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı sabah saat 21.45-də "NEF Stadionu"nda baş tutacaq.