Mats Sels ilə Aksel Vitsel karyerasıyla bağlı qərar veriblər. Təcrübəli futbolçular beynəlxalq futbolçu həyatını başa vurmağı lazım biliblər.
"Football-plus.az" xəbər verir ki, “Nottingem Forest”in qapıçısı Sels Belçika yığmasındakı çıxışını başa vurmaq qərarına gəlib.
“Goal” nəşrinin məlumatına görə, 34 yaşlı futbolçu yeni baş məşqçi Mark van Bommel ilə söhbətdən sonra da fikrini dəyişməyib. Onun bu qərarı yığmanın sabiq baş məşqçisi Rudi Qarsiyanın DÇ-2026 üçün heyətə gənc Mayk Pendersi daxil etməsindən sonra verdiyi bildirilir. Mats Qarsiyanın rəhbərliyi altında 5 oyunda yaxşı çıxış etsə də, mundialda çıxış edən heyətə düşməmişdi. Onun qərarına Tibo Kurtuanın milli komandaya qayıtmaq ehtimalının təsir etdiyi də deyilir.
Xatırladaq ki, əlcək sahibi Belçika yığmasında 13 oyun keçirib.
Vitsel də beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb. “Nitsa”nın 37 yaşlı yarımmüdafiəçisi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Aksel Belçika yığmasında 2008-ci ildən çıxış edirdi. Milli formada keçirdiyi 140 oyuna 12 qol vuran Vitsel yığmadakı oyun sayına görə rekordçu Yan Vertongendən (157) sonra 2-ci yerdədi.
Aksel həmçinin futbol tarixinə dünya çempionatında ölkəsini təmsil edən ən yaşlı futbolçu kimi düşüb. DÇ-2026-da 2 oyunda iştirak edən xavbek DÇ-2018-də milli komanda ilə bürünc medal qazanıb.
Milli formadan imtina etdilər
Dünya futbolu





