"Gözlənilməz heç nə olmadı" - Kurban Berdıyev

13.09.2026 20:28 162
Ölkə futbolu / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının 5-ci turunda "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- İki fərqli hissə gördük. Birinci hissədə çox ləng oynadıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik.

- İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?
- Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma qapıçı ona fürsət verdisə, demək ki, var.

- Penalti epizodunun təkrarına baxmısız? Karyerenızda belə penalti görmüsüz?
- Xeyr, belə hal olmayıb. Uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə, ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orda ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.

- Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?
- Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib, hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.