Misli premyer-liqasının 2026/27 mövsümündə ev oyunlarına ən çox azarkeş cəlb edən komanda “Kəpəz”di. Gəncə təmsilçisi bu gün, saat 19.00-da dəfə doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Klubun ötən gün verdiyi rəsmi məlumata görə, qarşılaşmaya artıq 7 min bilet satılmışdı.
“Football-plus.az” olaraq “iticket” saytından əldə etdiyimiz məlumata görə, matça artıq 10 min bilet satılıb. Klubun ötən matçdan sonra yaydığı sərt bəyanatı nəzərə alsaq, bu say sevindiricidi, yəni azarkeşlər komandadan küsməyib. Matça hələ 4 saat var. Yəqin ki, 2-3 min bilet də satılacaq.
Həmçinin “Kəpəz” bir qədər əvvəl sosial şəbəkələrdə paylaşım edərək azarkeşləri bu matçda komandasını dəstəkləməyə çağırıb. Görəsən, stadion bu dəfə də dolacaqmı?
İSRAYIL XEYRULLAYEV
“Kəpəz”in təhdid bəyanatı azarkeşləri küsdürmədi - artıq 10 min bilet satılıb
Ölkə futbolu





