Onun üçün yaş problemi yoxdu!

21.09.2026 19:45 117
Dünya futbolu
Portuqaliya yığmasının Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsinin ilk 4 turu üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. Diqqəti cəlb edən əsas fakt 41 yaşlı Kriştiano Ronaldonun da yığmaya dəvət almasıdı.

Başqa sözlə, DÇ-2026-dan sonra “Əl-Nəssr”in hücumçusunun beynəlxalq karyerasını başa vura biləcəyinə dair ehtimallar doğru çıxmayıb. Ulduz futbolçunun 2003-cü ildə debüt etdiyi milli formada 233 oyuna 146 qol vurduğunu qeyd edək.

Portuqaliya yığması sentyabr-oktyabr aralığında Millətlər Liqasında Uels, Danimarka və iki dəfə Norveçlə qarşılaşacaq.