Əvvəlcə Qəbələdə bir araya gələcək yığmanın ardından Sloveniyaya yollanması planlaşdırılırdı. Lakin komanda üzvlərinə viza alınmasının mümkün olmaması planları alt-üst edib. Nəticədə Sloveniya toplanışı təxirə salınıb.
Hadisə haqda daha ətraflı bilgi almaq məqsədi ilə yığmanın baş məşqçisi Elgiz Kərəmliyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Düzü, başverənlər haqda məndə ətraflı informasiya yoxdu. Texniki məsələdi. Mənim sahəmlə bağlı deyil. Bizə bildirildi ki, viza problemi üzündən xarici ölkədə keçirilməsi nəzərdə tutulan toplanış təxirə salınıb. Problemin konkret hansı futbolçularla bağlı olduğunu bilmirəm. Hər halda, biz planı dəyişdik. Toplanışın ikinci hissəsi xarici ölkədə yox, Gəncədə keçiriləcək. Burda "Kəpəz"in əsas və əvəzedici komandaları ilə, həmçinin, 1-ci liqada çıxış edən "Gəncəbasar"la yoxlam oyunu keçirəcəyik".
KƏNAN BAHADIR






