Nəhayət, İv Bissuma işsizliyə son qoyub.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem”dən ayrılan Mali yığmasının yarımmüdafiəçisi “Ayaks”a keçib. 29 yaşlı futbolçu Niderland klubuna azad agent kimi qoşulub. Onunla müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Bu haqda Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.
İv “Tottenhem”də 2022-ci ildən çıxış edib. O, bu yay müqaviləsinin müddəti başa çatdıqdan sonra London klubunu tərk etmişdi. Afrikalı futbolçu daha əvvəl “Brayton”, “Lill” və “Marsel”də çıxış edib.
İşsizliyə Niderlandda son qoydu
Dünya futbolu






