Alman futbolçu Londonda qaldı

31.05.2024 20:40 145
Dünya futbolu
Timo Vernerin aqibətinə aydınlıq gəlib.

“Football-plus.az” xəbər verir ki, “Tottenhem” qışda “Leyptsiq”dən icarəyə götürdüyü alman futbolçu ilə müqavilənin müddəti uzadıb. Bu barədə London klubunun saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulan sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu ilin yayına qədər idi.

Timo “Tottenhem”in heyətində 18 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul