“Barselona”nın oyunçusu nə vaxt qayıdacaq?

21.09.2026 18:40 18
Dünya futbolu
“Barselona”nın zədələnən qapıçısı Joan Qarsiyanın aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı futbolçu La Liqanın 6-cı turunun “Rasinq”lə matçının fasiləsində əvəzlənib. “Barselona” həmin oyunda 7:2 hesabıyla qələbə qazanmaqla liderliyini qoruyub.

Joan sağ dizindəki zədəyə görə təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. İspaniyalı qolkiper La Liqanın 7-ci turunun “Sevilya” ilə oyununda iştirak etməyəcək. Onun beynəlxalq fasilənin sonuna qədər bərpa olunacağı gözlənilir.