“Barselona” ciddi itki ilə üzləşib.
“Football-plus.az” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Kataloniyalıların müdafiəçisi Andreas Kristensen zədə alıb. 28 yaşlı futbolçu iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Andreas bu mövsüm “Barselona” ilə La Liqanın ilk turunun “Valensiya” ilə matçında iştirak edib.