Misli premyer-liqasının 6-cı turunda "Sabah"ın qonağı olan "İmişli" 1:3 hesablı məğlubiyyətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:
- Oyunun ağır keçəcəyini bilirdik. "Sabah"ın hücum xəttində təhlükəli olduğunu bildiyimiz üçün, maksimal dərəcədə onun qarşısını almağa çalışırdıq. 1-ci hissə istədiyimizi reallaşdıra bilirdik. 2-ci hissə isə topa nəzarət etməyə çalışırdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq.
- Bütün komandalara qarşı eyni oyun planında oynamağın nəticə baxımından problem yaradacağını düşünürsüzmü?
- Struktur baxımından bir iş yoxdusa komandada, 20 tur da keçsə, nəticə olmayacaq. Təsadüfi işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız. Keçən oyunda 25-ci dəqiqədən sonra, bu oyunda isə 2-ci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək.
'Nəticəni zaman göstərəcək" - Fərid Namazov
Ölkə futbolu / Manşet





