Vüsalın komandası qələbə qazandı

19.09.2026 21:22 27
Dünya futbolu
Kosova superliqasında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geydiyi "Malişeva" "Balkani"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 16 xalla ikinci pillədə qərarlaşıb.