Vüsal Kosovada het-trik etdi!

6.09.2026 22:18 0
Dünya futbolu
Kosova superliqasında 4-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geydiyi "Malişeva" "Gjilani"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Matç Vüsalın möhtəşəm performansı ilə yadda qalıb. Oyuna əsas heyətdə başlayan futbolçumuz het-trik edərək qələbənin memarı olub. O, qolları 10-cu, 71-ci və 75-ci dəqiqələrdə vurub.

"Malişeva" 10 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.