"Sumqayıt"ın əsas kapitanı bilindi

16.09.2026 18:59 18
Ölkə futbolu
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib. Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub.

Vitse-kapitanlar isə Roy Kehat və Höccət Haqverdi olacaq.

Xatırladaq ki, "Sumqayıt" Misli premyer-liqasının 6-cı turunda sentyabrın 20-də səfərdə "Kəpəz"lə qarşılaşacaq.