"Sumqayıt" yeni kapitanını açıqladı

16.08.2025 14:22 11
Ölkə futbolu
"Sumqayıt" əsas komandanın yeni kapitanını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni mövsümdə "gənclik şəhəri" təmsilçisinin kapitanı Səbuhi Abdullazadə olacaq. Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehatdı.