"Sumqayıt"ın kapitanı əməliyyat olundu - 5 ay oynaya bilməyəcək!

17.08.2026 17:10 158
Ölkə futbolu
"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.

Yarımmüdafiəçinin təxminən 5 ay sonra meydana qayıdacağı bildirilib.

Futbolçu ötən gün Misli premyer-liqasının 1-ci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. O, meydanı tərk edərkən stadionunun dəhlizinin qapısının şüşəsinə əli ilə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb və futbolçu ciddi xəsarət alıb.