Benzemanın yolu haradı?

2.02.2026 10:54 16
Dünya futbolu
Kərim Benzema “Əl-İttihad”dan ayrıla bilər.

"Football-plus.az" xəbər verir ki, fransalı hücumçu klubun ona təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdı. Buna görə də Səudiyyə Ərəbistanı klubunu tərk etməyi düşünür.

38 yaşlı hücumçu yeni variantları nəzərdən keçirir. Benzema Avropa futboluna qayıtmaq, eyni zamanda MLS komadalarından birinə keçmək ehtimalını da dəyərləndirir.

Kərim “Əl-İttihad”da 2023-cü ilin yayından oynayır. O, cari mövsüm bütün turnirlərdə 21 oyuna çıxaraq 16 qol vurub. Futbolçunun klubla mövcud müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul