Simon Rolfes “Bayer-04” rəhbərliyində daha bir neçə il işləyəcək.
"Football-plus.az" xəbər verir ki, idman direktoru klubla yeni müqavilə imzalayıb.
Leverkuzen klubunun rəsmi saytının yaydığı xəbərdə mütəxəssislə müqavilənin müddətinin 2028-ci ilin yayına qədər uzadıldığı bildirilib. 41 yaşlı Rolfes 2005-15-ci illərdə futbolçu kimi “Bayer-04”də çıxış edib və karyerasını bu komandada başa vurub. Sabiq yarımmüdafiəçi 2018-ci ildə akademiyada məşqçi vəzifəsini icra etmək üçün Leverkuzen klubuna qayıdıb. O, idman direktoru vəzifəsində 2022-ci ildən çalışır.