Benzemanın aqibəti necə olacaq?

17.01.2026 16:28 14
Dünya futbolu
“Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın klubdakı gələcəyi sual altına düşüb.

"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun futbolçuyla müqaviləni yeniləmək barədə danışıqlar aparmadığı məlum olub.

Mətbuatda müqavilənin müddətinin uzadılacağı haqda şayiələr gəzsə də, fransalı forvardın klubdan hələ rəsmi təklif almadığı bildirilir.

Benzemanın müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

2023-cü ildə “Real”dan azad agent kimi transfer olunan Benzema bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 11 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul