"Qaradağ Lökbatan" 8 qolla, "Ağdaş" və "Şirvan" minimal hesabla qalib gəldi - YENİLƏNİB

14.09.2026 18:27 27
Ölkə futbolu / Manşet
Bu gün futbol üzrə ölkə çempionatının 2-ci liqasında 3-cü tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.

14 sentyabr
Şəki – Qaradağ Lökbatan 1:8

T.Məmmədzadə, 18 - S.Allahquliyev, 16; 34; 89. T.Əmircanov, 20. R.Orucov, 28. Ə.Hacılı, 59. K.Mahmudov, 64. Ə.Əlizadə, 72
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

Difai” – Ağdaş 0:1
Ü.Mahmudov, 64
Bakı. "Palms Sports" Futbol Mərkəzi (4-cü meydança).

Şirvan – Hypers 1:0
A.Yunanov, 79
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

Şəmkir – Kür-Araz 3:3
E.Abdullayev, 8. İ.İsayev, 37. P.Məhərrəmli, 54 - B.Əliyev, 4. Ü.Quliyev, 14-p; 59
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Xal durumu: Şirvan - 9, Marafon - 7, Qaradağ Lökbatan, Ağstafa Gəncləri - 6, Şəmkir - 5, Kür-Araz - 4, Hypers, Dinamo, Zəngəzur, Ağdaş, Şəki - 3, Difai - 0.

Bombardir: Elçin Qasımov (Ağstafa Gəncləri) - 6.