"Şəki" "Quba"ya, "Sərhədçi" "Naxçıvan"a qarşı

6.04.2026 11:54 9
İdman
Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunlarına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk qarşılaşmada “Şəki” öz meydanında “Quba”nı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 14.00-da başlayacaq. Komandaların ilk duelində “Şəki” 101:89 hesabı ilə qalib gəlmişdi. Günün son oyununda isə “Sərhədçi” doğma azarkeşlər önündə “Naxçıvan”la qarşılaşacaq. Matç “Sərhədçi” İdman Mərkəzində saat 20.00-da start götürəcək. Bu komandalar arasında keçirilən əvvəlki görüşdə “Naxçıvan” 98:87 hesablı qələbə əldə edib.

Pley-in mərhələsinin ikinci oyunları sabah yekunlaşacaq.