Bəs, Toralın belə uğursuzluqla üzləşməsinin səbəbi nədi? Baş məşqçi Mustafa Ərlə münasibətləri qaydasında deyil, rəqabətdə uduzur, yoxsa hələ komandaya uyğunlaşa bilməyib?
Bu suallarla Bayramovun meneceri Tural Əsgərova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bu suala dəqiq cavab vermək mümkün deyil. Bilindiyi kimi, Toralın zədəsi yoxdu. Məşqlərdə iştirak edir. Böyük ehtimalla, az şans qazanması limitlə bağlıdı. Çünki hazırda onun mövqeyində start heyətində türkiyəli futbolçu oynayır. Hər halda, Torala yeni komandasına uyğunlaşmaq üçün zaman lazımdı. Hələ gözləyək”.
Xatırladaq ki, “Bursaspor” Toralla bu yay üçillik müqavilə imzalayıb.
KƏNAN BAHADIR






