Toral Bayramov üçün son 3 gün: qalır, yoxsa gedir?

1.09.2026 20:50 12
Manşet / Ölkə futbolu
Yay “transfer pəncərəsi”ndə “Qarabağ”dan “Bursaspor”a keçən Toral Bayramovun karyerasını Türkiyə superliqasında davam etdirmək ehtimalı gündəmdədi. Daha əvvəl həmyerlimizin icarə əsasında “Eyupspor”a keçə biləcəyi barədə məlumat vermişdik. Türkiyə mətbuatında da bu keçidin mümkünlüyü yazılıb.

“Football-plus.az” bir neçə gün əvvəl onun meneceri Tural Əsgərliyə müraciət etmişdik. Tural bəy bu məsələ ilə bağlı məlumatının olmadığını bildirmişdi. Eyni zamanda “Eyupspor”un sabiq futbolçusu Fredrik Midtsjoya olan borcu səbəbindən transfer qadağası ilə üzləşdiyini qeyd etmişdik. Bu problemin aradan qaldırılması halında İstanbul təmsilçisinin Toral Bayramovu icarə əsasında heyətinə qatmaq niyyətində olduğu bildirilir.

Toralın “Bursaspor”un səfərdə “Kayserispor”a qalib gəldiyi son çempionat qarşılaşmasında əvvəldən axıra qədər ehtiyatda qalması onun klubdan ayrılacağı ilə bağlı iddiaları daha da gücləndirib. Bununla yanaşı, “Eyupspor”un Toralın xidmətində maraqlı olduğu barədə yeni məlumatlar yayılıb.

Artıq Türkiyədə yay “transfer pəncərəsi”nin qapanmasına cəmi 3 gün qalıb. Cinah müdafiəçisinin gələcəyi ilə bağlı qərarın çox yaxın zamanda verməsi gözlənilir. “Eyupspor”a keçid rəsmiləşəcək, yoxsa Toral “Bursaspor”da qalacaq? Qarşıdakı üç gün bu suala aydınlıq gətirəcək.

İSRAYIL XEYRULLAYEV