ÇL-də hamını arxada qoydu

1.12.2025 21:03 10
Dünya futbolu
Çempionlar Liqasında 5-ci turun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Kilian Mbappe qalib gəlib.

“Real”ın hücumçusu “Olimpiakos”la matçda 4 qol vurmaqla UEFA-nın saytında keçirilən səsvermədə bütün rəqiblərini qabaqlayıb. Siyahıda 2-ci yeri “Tottenhem”lə matçda (5:3) het-trik edən PSJ-nin yarımmüdafiəçisi Vitinya tutub. 3-cü pilləyə “Nyukasl”la oyunda (2:1) dubl edən “Marsel”in forvardı Pyer-Emerik Obameyanq, 4-cü yerə isə “Vilyarreal”la oyunda iki qol vuran Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi layiq bilinib.