Messi qollarının sayını 909-a çatdırdı

16.05.2026 11:09 85
Dünya futbolu
Lionel Messi yaşıl meydanlarda məhsuldar çıxışını davam etdirir. Ulduz futbolçu növbəti qollarının sevincini yaşayıb.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-in 13-cü turunda “Sinsinnati”yə qarşı oyunda (5:3) dubla imza atıb. 38 yaşlı argentinalı futbolçu qollarını 24-cü və 55-ci dəqiqələrdə vurub. Bu qollar onun karyerasında ümumilikdə 908-ci və 909-cu olub.

Maraq üçün qeyd edək ki, DÇ-2022-nin qalibi peşəlar futbolçu həyatında “Barselona”da 672, “PSJ-də 32, “İnter Mayami”də 89, Argentina yığmasında isə 116 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul