“Red Bull” 2007-ci ildə “Formula-1” üzrə dünya çempionatının qalibi olan Kimi Raykkonenin 11 yaşlı oğlu Robini yeniyetmələr proqramına cəlb etmək niyyətindədi. Bu haqda xəbəri “RacingNews365” portalı yayıb.
Avstriya komandası gələcəkdə perspektivli pilotlardan birinə çevrilə biləcək gənc kartinqçi ilə müqavilə imzalamaqda maraqlıdı. Raykkonen ailəsi İtaliyanın Montsa şəhərində keçirilən “Qran-pri”də iştirak edib. Mənbənin məlumatına görə, ailə “Red Bull”un motorhoumuna gedərkən görüntülənib. Həmin vaxt komandanın həmsahibi Şalerm Yovidhya və korporativ layihələr və yeni investisiyalar üzrə baş direktor Oliver Mintslaff da orda olub.
Robin hazırda kartinq yarışlarında iştirak edir. O, açıq təkərli avtomobillərlə yarışlara keçməzdən əvvəl avtoidmanın aşağı pillələrində daha bir neçə il mübarizə aparacaq.
“Formula-1”də daha bir Raykkonen olacaq?
İdman






