“Formula-1” 11-ci komandaya “hə” dedi

2.12.2024 16:17 304
İdman
“Formula-1” 2026-cı ildən etibarən dünya çempionatının iştirakçılarının sayının 11-ə çatdırılmasına razılıq verib.

Bu haqda xəbəri “Racingnews365” yayıb.

“Andretti-Kadillak” komandasının bir müddət əvvəl geri çevrilən sifariş ərizəsinin bu dəfə bəyənilə biləcəyi deyilir. Həmin imtina qərarından sonra ABŞ Ədliyyə Nazirliyi “Formula-1” sahiblərinə münasibətdə antiinhisar araşdırmasına başlamışdı.

11-ci komandanın çempionatda iştirakının mümkünlüyü ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə, yəni dekabrın 1-də keçiriləcək Qətər “Qran-pri”sinə qədər verilməsi gözlənilir.