"Transfer pəncərəsi" bağlandı: kimlər gəldi, kimlər getdi?

13.09.2026 00:39 0
Ölkə futbolu / Manşet
Srağagün saat 23.59-da premyer-liqada iyunun 19-da açılan yay “transfer pəncərəsi” bağlandı. Beləliklə, klubların heyətini formalaşdırmaq yönündə islahatları böyük ölçüdə başa çatdı.

Legioner limitinin ləğvi fonunda əcnəbi futbolçuların əsas çempionatımıza axını təəccübləndirmədi. Zəngin klublar, xüsusilə “Sabah” və “Qarabağ” bu fürsətdən maksimum yararlanmağa çalışdı. “Turan Tovuz” heyətini qorumağa üstünlük verdisə, “Neftçi” ilə “Zirə” mümkün qədər gücləndi. “Sumqayıt”da gözlənilən fəallığa şahidlik etmədik. Qalan komandalar isə heyətini böyük ölçüdə dəyişdi.

Xatırladaq ki, gələn il martın 31-i azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.

Sabah
Gələnlər: Eyden Makkarti (“Kayzer Çifs”, Cənubi Afrika), Yunes Laşaab (“Lill”, Fransa, icarə), Junior Erivaldo Almeyda (“Maritimu”, Portuqaliya), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya), Ksander Severina (Hayfa "Makkabi"si, İsrail), Amin Ramazanov (Qarabağ), Kristian Nvaçukvu (“Şeffild Yunayted”, İngiltərə), Du Keyros (“Zenit”, Rusiya, icarə), Karlos Eduardo (“Jil Visente”, Portuqaliya, icarə).
Gedənlər: Cesse Sekidika (“Qanqvon”, Koreya), Pavol Şafranko, Nicat Mehbalıyev (Şəfa), Amin Seydiyev (Zirə), Andrey Santos (“Veres”, Ukrayna), Seymur Məmmədov ("Şahdağ Qusar", icarə), İqor Noqeyra (“Rostov”, Rusiya), Aaron Maluda (“Bazel”, İsveçrə), Abdulla Rzayev (icarə, “Araz-Naxçıvan”), Həmzəalı Mikayılov (“Şahdağ Qusar”, icarə).

Qarabağ
Gələnlər: Zakaria Savo ("Aris", Cənubi Kipr), Jali Muaddib (“Omoniya” Aradipu, Cənubi Kipr), Davud Mənsumov ("Şamaxı", icarədən qayıdıb), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Nijni Novqorod”, Rusiya), Cebrail Makreçkis (“Ferentsvaroş”, Macarıstan), Bentse Varkonyi (“Zalaeqerseq”, Macarıstan), Reda Xadra (“Reyms”, Fransa), Taofik İsmahil (“Qurnik”, Polşa), Dieqo Rosa (APOEL, Cənubi Kipr, icarə).
Gedənlər: Toral Bayramov (“Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae (“Pafos”, Cənubi Kir), Kevin Medina (“Darül Təzim”, Malayziya), Fabian Buntiç ("Farense", Portuqaliya), Amin Ramazanov (Sabah), Leandro Andrade ("Polesye", Ukrayna), Sadiq Məmmədzadə (İmişli), Mahmud Ağayev (Şahdağ Qusar), Kamilo Duran (“Seltik”, Şotlandiya), Abdulla Zubir (“Əl-Oroba”, Səudiyyə Ərəbistanı), Dani Bolt, Mateuş Koxalski.

Turan Tovuz
Gələnlər: Dioqo Balau (Şamaxı), Aleksey Kenyaykin, Stiv Beusnard (“Pau”, Fransa), Filip Damyanoviç (“Koper”, Sloveniya), Rahil Məmmədov (Araz-Naxçıvan), Aleksa Yankoviç (Sumqayıt).
Gedənlər: Şəhriyar Əliyev, Filip Ozobiç ("Mladost Zdralovi", Xorvatiya), Tural Bayramlı, Sergey Samok, Mark Mampassi (icarə müddəti başa çatıb, "Lokomotiv", Rusiya), Ayxan Hüseynov (Zirə), Fərid Yusifli (Şəfa), Ayxan Abbaszadə (İmişli).

Neftçi
Gələnlər: Rüfət Abbasov (Şamaxı), Rza Cəfərov (“Qəbələ”, icarədən qayıdıb), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon (“Peskara” İtaliya), Lübomir Tupta (AEL, Yunanıstan), Freddi Varqas (“Makkabi”, Netanya, İsrail), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya), Denzel Jubitana (“Atromitos”, Yunanıstan), Viçko Şevel (“Dandi Yunayted”, Şotlandiya), Adeleke Akinyemi (“Qnistan”, Finlandiya).
Gedənlər: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Cənubi Kipr), Cordan Rezabala, Rinosuke Ohori (“Radnik”, Serbiya), Ağadadaş Salyanski (icarə, "Araz-Naxçıvan"), İmad Faraj (“Esperans”, Tunis), Alessio Kurçi.

Zirə
Gələnlər: Ramiz Muradov, Səlim Həşimov (hər ikisi “Şamaxı”, icarədən qayıdıblar), Amin Seydiyev (Sabah), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Cənubi Kipr), Ayxan Hüseynov (Turan Tovuz), Kris Diqbeu, Hüseynəli Quliyev, Dameyn Smit, Lue Bayere Junior (“Yavor”, Serbiya), Dimitri Leqbo (“Riyeka”, Xorvatiya), Talisson Moreyra Reys (“Şaviş”, Portuqaliya).
Gedənlər: Ceyhun Nuriyev (Araz-Naxçıvan), Stefan Aka, Eldar Quliyev, Leroy Mikels (“Valdhof Manhaym”, Almaniya), Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev ("Kişvarda", Macarıstan), Ayron Qomis, Rövlan Muradov (Araz-Naxçıvan), Əkbər Eyubov (icarə, “İmişli”), Brahim Konate (“Nea Salamina”, Cənubi Kipr), Namik Ələskərov (Kəpəz), Junior Martins ("Prexxanrit Svayrinq", Kamboca).

Araz-Naxçıvan
Gələnlər: İbrahim Piriyev, Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənov (Cəbrayıl), Alberto Qarsiya Fernandes (“Xloraka”, Cənubi Kipr), Alexandro Errera ("San Kristobal”, Dominikan), Rövlan Muradov (Zirə), Mara Mohamed, Artur Auqusto Da Silva (“Semen Padang”, İndoneziya), Abdallah Sudi (“Persijap”, İndoneziya), Mamadu Kane (“Pafos”, Cənubi Kipr), Ceyhun Nuriyev (Zirə), Boyan Letiç, Ağadadaş Salyanski (icarə, "Neftçi"), Abdulla Rzayev (icarə, "Sabah"), Qabil Əlizadə (Mingəçevir), Nihat Mehraliev "Şamaxı).
Gedənlər: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov (Turan Tovuz), Bəxtiyar Həsənalızadə (İmişli), Coşqun Diniyev, Kristian Avram (“Vlajniya”, Albaniya), Felipe Santos, Ba-Muaka Simakala, Urfan Abbasov (Kəpəz), Slavik Alxasov (Səbail).

Sumqayıt
Gələnlər: Emil Mustafayev (“Polesye”, Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), Lukas Blek (“Ferroviario”, Braziliya), Jeam Oliveyra (“Kaşias”, Braziliya), Renan Santana ("Famalikao", Portuqaliya), Tiaqo Almeyda (“Şaviş”, Portuqaliya), Mamadi Banqre ("Qrenobl", Fransa).
Gedənlər: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə), Abdul Raşid Mumini (Şamaxı), Danilo Beskorovayni (icarə müddəti başa çatıb, "Polesye", Ukrayna), Nsana Simon ("Koper", Sloveniya), Nikola Ninkoviç.

Şamaxı
Gələnlər: Emin Rüstəmov, Uğur Cahangirov (hər ikisi "Karvan-Yevlax"), Ceyhun Bağırzadə (Qəbələ), Sənan Muradlı ("Sumqayıt", icarə), Okan Təhməzli (Qəbələ), Hacıəli Şirəliyev, Teşager Dequ (“İroni”, İsrail), Ruy Paşeko (“Parades”, Portuqaliya), Joao Oliveyra (“Sao Joao de Ver”, Portuqaliya), Nicat Qaragözlü, Emil Süleymanov (Qəbələ), Abdul Raşid Mumini (Sumqayıt), Filipe Markeş (“Amora”, Portuqaliya), Tornike Axvlediani (“İberiya”, Gürcüstan), Fariz Xeyrullayev, Ayman Bouali (“Al Dhaid”, BƏƏ).
Gedənlər: Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli (Kəpəz), Arsen Ağcabəyov (Şəfa), Andrey Tırkovyanu, Rodriqo Fernandeş (Sabah), Emil Süleymanov (icarə müddəti başa çatıb, "Qəbələ"), Ramiz Muradov (icarə müddəti başa çatıb, "Zirə"), Davud Mənsumov (icarə müddəti başa çatıb, "Qarabağ"), Abdulla Rzayev (icarə müddəti başa çatıb, "Sabah"), Səlim Həşimov (icarə müddəti başa çatıb, "Zirə"), Rüfət Abbasov (Neftçi), Karim Rossi (Qəbələ), Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Dioqo Balau (Turan Tovuz).

İmişli
Gələnlər: Seyxan Fərəcov (MOİK), Sadiq Məmmədzadə (Qarabağ), Bəxtiyar Həsənalızadə (Araz-Naxçıvan), Fərid Nəbiyev (Kəpəz), Yusif İmanov (Kəpəz), Yvan Senin (Şimal), Əkbər Eyubov (icarə, “Zirə”), Ayxan Abbaszadə (Turan Tovuz), Françisko Morais Deko (“Alverka B”, Portuqaliya).
Gedənlər: Xəzər Mahmudov (Xankəndi), Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev (Karvan-Yevlax), Abbas Ağazadə, Andrey Sinenka, Rafael Vieqaş, Ezekyel Morqan (Səbail), Ronaldo Rodriges, Nazim Hüseynov ("Çorum", Türkiyə), Dominqos Senqui.

Kəpəz
Gələnlər: Rojerio Santos (“İroni”, İsrail), Vadim Abdullayev (Karvan-Yevlax), Azuma Abubakar (“Lustenau”, Avstriya), Rafael Məhərrəmli (Şamaxı), Kennet Kalunqa (Mingəçevir), Urfan Abbasov (Araz-Naxçıvan), Rəşad Əzizli (Səbail), Olabiran Blessinq Muyiva ("Akritas", Cənubi Kipr), Hüseyn Babayev (Baku Sportinq), Desmond Akua ("Dender", Belçika), Namik Ələskərov (Zirə), David Domgjoni (“Hapoel”, Yerusəlim).
Gedənlər: Rauf Hüseynli, Məmməd Hüseynov (hər ikisi "Şəfa"), Fərid Nəbiyev (İmişli), Ehtiram Şahverdiyev (Səbail), Luis Paçu, Yusif İmanov (İmişli), Camal Cəfərov, Olavale Onanuqa, Elxan Məmmədov (Zaqatala).

Qəbələ
Gələnlər: Emil Süleymanov (icarədən qayıdıb, "Şamaxı"), Kouya Mabena (“Floriana”, Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi (Şamaxı), Uboçioma Meşak (“Kazintsbartsika”, Macarıstan. Bruno Silva (“Oliveyrense”, Portuqaliya), Artur Motta (icarə, “Beroe”, Bolqarıstan), Edson Eduardo ("Vestri", İslandiya).
Gedənlər: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (“Stellenboş”, CAR, icarə müddəti başa çatıb), Murad Musayev (Şəfa), Rza Cəfərov (icarə müddəti başa çatıb, "Neftçi"), Sambu Sissoko (icarə müddəti başa çatıb, “Valansyenn”, Fransa), Adriel Ba Loua, Mehrac Baxşalı (icarə, “Şahdağ Qusar”), Okan Təhməzli (Şamaxı), Eduardo Kunde, Seydina Keyta, Emil Süleymanov (Şamaxı), Prins Ovusu (DAK-1904, Slovakiya).

Şəfa
Gələnlər: Rauf Hüseynli (Kəpəz), Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev (Qəbələ), Məmməd Hüseynov (Kəpəz), Vlad Marian Pop, Andrey Fernando Draqu (hər ikisi “Unirea Sloboziya”, Rumıniya), Dilan Mertens (“Telstar”, Niderland), Fərid Yusifli (Turan Tovuz), Musa Queli (“Tikves”, Şimali Makedoniya), Bafode Dansoko (“Vintertur”, İsveçrə), Maudu Lamine Jarjue, Treyvon Fuller (“Dila”, Gürcüstan), Kristofer Mamengi, Luis Rodrigez ("Vora", Albaniya), Ayxan Əlizadə, Eltun Babazadə, Nurhan Abdıyev, Elmar Məmmədov, Omar Abdulaye Diav ("Akren-Lessin", Belçika).
Gedənlər: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev, Pərviz Azadov.