"Football-plus.az" xəbər verir ki, onlar Mahir Emrelinin formasını geydiyi "Rakuv"un oyununu izləyiblər. Abbasovla Qurbanov həmçinin klubun prezidenti və idman direktoru ilə görüşüblər. Bununla bağlı İlqar Qurbanov sosial şəbəkə hesabında paylaşım edib:
"Rakuv" klubunun prezidenti və idman direktoru ilə görüşmək böyük məmnunluq doğurdu. Səmimi qarşılanma, qonaqpərvərlik və xoş ab-hava üçün təşəkkür edirik. Ayırdığınız vaxtı, həmçinin fikir mübadiləsi aparmaq və əlaqələrimizi möhkəmləndirmək imkanını yüksək qiymətləndiririk. "Rakuv"a qarşıdakı mövsümdə uğurlar arzulayırıq".






