Millimizin oyunu üçün biletlər satışdadı

11.09.2026 17:22 54
Ölkə futbolu
Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışdadır.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodu.

Sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 17.00-da) başlayacaq.

Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

https://kakava.lt/pirkti-bilietus/12700/27302