Millimizin Fransa ilə oyununun biletləri satışdadı

1.10.2025 13:47 9
Ölkə futbolu
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan və Ukrayna – Azərbaycan oyunlarında millimizi dəstəkləmək istəyən azarkeşlər üçün biletlər "iTicket.az"da onlayn şəkildə satışdadı.

"Football-plus.az" xəbər verir ki, Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 manatdı. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 manat təşkil edir.

Xatırkadaq ki, oktyabrın 10-da Paris şəhərində yerləşən “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı yerli vaxtla saat 20.45-də (Bakı vaxtı ilə saat 22.45) başlanacaq.

Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.

Oyunlara biletləri aşağıdakı linklərə keçid edərək əldə edə bilərsiniz:

https://iticket.az/events/sport/france-azerbaijan/177540 (Fransa - Azərbaycan)

https://iticket.az/events/sport/ukraine-azerbaijan/175838 (Ukrayna - Azərbaycan)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul