"Kəpəz"in kapitanında 14 sm yırtıq aşkarlandı! - uzun müddət oynaya bilməyəcək

10.09.2026 17:16 0
Ölkə futbolu
“Kəpəz”in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydanlarda olmayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dünən məşqdə zədələnən portuqaliyalı müdafiəçinin sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb. Tibbi heyətin protokoluna əsasən, Verdaskanın müalicəsi 6 həftə çəkəcək.