"Kəpəz" portuqaliyalı futbolçuları yola saldı - rəsmi

29.06.2025 00:22 16
Ölkə futbolu
"Kəpəz" daha 3 futbolçu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, komandanın portuqaliyalı oyunçuları - Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə müqavilə yenilənməyib.

"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaşka 27, Santos isə 31 matçda komandamızın şərəfini qoruyub.

Qeyd edək ki, Gəncə təmilçisi ölkə çempionatının son mövsümünü 32 xalla 9-cu pillədə başa vurub.