Verdaska yenidən "Kəpəz"də - rəsmi

29.08.2025 21:00 13
Ölkə futbolu
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dieqo Verdaska yenidən Gəncə təmsilçisində çıxış edəcək. 28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Dieqo Verdaska ötən mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Futbolçu ümumilikdə 30 oyunda meydana çıxıb.