Mançesterdə yağış gözlənilir

10.09.2026 15:06 0
Avrokuboklar
“Sabah” bu gün Bakı vaxtı ilə saat 23.00-da tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinin oyununa çıxacaq. Azərbaycan çempionunu “Old Trafford”da İngiltərə nəhəngi “Mançester Yunayted”lə oyun gözləyir.

Təbii ki, Azərbaycanla İngiltərənin, Bakı ilə Mançesterin havası fərqlidi. Söhbət hansı fərqdən gedir?

“Football-plus.az” xəbər verir ki, Bakıda həmin saatlarda hava açıq olacaq, hərarəy 20 dərəcə təşkil edəcək. Mançesterdə isə hərarət daha aşağı olacaq. Qarşılaşma zamanı şəhərdə havanın təxminən 17 dərəcə, yağışlı və rütubətli olacağı proqnozlaşdırılır.

“Sabah”ın futbolçuları üçün əsas fərq isə Bakıdakı daha quru və isti şəraitdən Mançesterin sərin və yağışlı havasına keçid olacaq.

İSRAYIL XEYRULLAYEV