Azı 2 həftə “istirahət edəcək”

24.04.2025 20:30 7
Dünya futbolu
“Napoli”nin aparıcı oyunçularından biri sıradan çıxıb.

Yarımmüdafiəçi David Neres komandanın məşqində zədə alıb. 28 yaşlı braziliyalı hücumçunun sol baldır əzələsi xəsarət alıb. Müayinə nəticəsində onun ən azı 2 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
David komandada ötən yaydan çıxış edir.

O, bu mövsüm “Napoli”nin heyətində A seriyasında 25 oyuna 2 qol vurub.