“Napoli”də ciddi itki

1.04.2023 16:29 329
Dünya futbolu
“Napoli” ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, komandanın hücumçusu Viktor Osimhen zədələnib.

Futbolçuya əzələnin zədələnməsi diaqnozu qoyulub. Onun vəziyyətinə bir həftədən sonra yenidən baxılacaq. Viktor İtaliya çempionatının 28-ci turunun “Milan”la matçını buraxacaq.

Osimhen bu mövsüm A seriyasında 23 matçda 21 qol vurub və bombardirlərin siyahısında liderdi.