Batan “bənövşəyilər” Vanoliyə əmanət!

8.09.2026 21:01 63
Dünya futbolu
“Fiorentina”nın yeni baş məşqçisi müəyyənləşib.
Bazar günü Fabio Qrossonu istefaya göndərən rəhbərlik Paolo Vanoli ilə anlaşıb. Bu, 54 yaşlı mütəxəssisin Florensiya klubuna ikinci təyinatıdı. Vanoli komandaya 2025-ci ilin noyabrından bu ilin iyununa qədər başçılıq etmişdi.
“Fiorentina” yeni mövsümə uğursuz start verib. Komanda A seriyasının ilk üç turunda səfərdə “Roma”ya 0:4, evdə “Frozinone”yə 0:3, “Torino”ya 1:2 hesabı ilə uduzub. Florensiya təmsilçisi bu nəticələrdən sonra A seriyasında 0 xalla sonuncu – 20-ci yeri tutur.