Gözlənilən istefa rəsmiləşdi

11.11.2025 12:38 18
Dünya futbolu
“Fiorentina”da gözlənilən istefa rəsmiləşib. Rəhbərlik baş məşqçi Stefano Pyolini istefaya göndərib.

İtaliya klubunun rəsmi saytının məlumatına görə, təcrübəli mütəxəssislə bağlı uğursuz nəticələrə görə belə qərar verilib. Komanda A seriyasında keçirdiyi 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla 20-yeri tutur.

2017-19-cu illərdə də “Fiorentina”nın baş məşqçisi olan Pyoli yayda komandaya qayıtmışı. 60 yaşlı mütəxəssisi Paolo Vanoli əvəzləyə bilər.