Bu ilin iyununda “Spartak”dan ayrılan Paolo Vanoli özünə yeni iş tapıb.
İtaliyalı mütəxəssis bundan sonra ölkəsində işləyəcək. O, B seriyasında çıxış edən “Venetsiya” ilə anlaşıb. 50 yaşlı məşqçi bu klubla müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan və sonra daha 2 illiyə artırmaq imkanı verən müqavilə imzalayıb.
Vanoli yeni iş yerində uğursuz nəticələrə görə istefaya göndərilən xorvatiyalı İvan Yavorçiçə xələf olub. B seriyasında son 5 oyunda 1 xal qazanan “Venetsiya” 19-cu yeri tutur.