Bütün həmkarlarını arxada qoydu

15.09.2024 12:56 132
Dünya futbolu
İtaliya A seriyasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Torino”nun baş məşqçisi Paolo Vanoli qalib gəlib. Onun komandası A seriyasının 3 turundan sonra 7 xal toplayıb və əlavə göstəricilərə görə “Yuventus” və “İnter”dən geri qalaraq 3-cü yeri tutur.

Xatırladaq ki, Vanoli “Torino”ya bu yay baş məşqçi təyin olunub.