Norveçli bombardir 300-ə çatdı

8.09.2026 16:49 36
Dünya futbolu
“Mançester Siti”nin hücumçusu Erlinq Holann klub karyerasında 300-cü qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, norveçli futbolçu İngiltərə premyer-liqasının 3-cü turunda “Koventri” ilə keçirilən matçda yubiley qoluna imza atıb. Holann ilk hissədə Antuan Semenyonun ötürməsini başla dəqiq tamamlayaraq “şəhərlilər”i hesabda önə keçirib - 1:0.

Bununla da 26 yaşlı hücumçunun “Mançester Siti”nin heyətində vurduğu qolların sayı 165-ə çatıb. O, bundan əvvəl Dortmund “Borussiya”sında 86, “Zaltsburq”da 29, “Molde”də isə 20 qol vurub. Beləliklə, Erlinq dörd klubun formasında ümumilikdə 300 qol vurub.