Əvvəlki iş yerinə qayıtdı

8.09.2026 14:00 63
Dünya futbolu
Karluş Keyruşun işsiz günləri çox da çəkməyib. Maraqlıdı ki, o, Qana yığmasının baş məşqçi vəzifəsinə qayıdıb.

"Football-plus.az" xəbər verir ki, Qana Futbol Assosiasiyasının məlumatına görə, 73 yaşlı portuqaliyalı mütəxəssislə yeni razılıq əldə olunub. Müqavilənin müddəti hələ ki açıqlanmayıb. Keyruş iyulda komandanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılmışdı. Qana 1/16 finalda Kolumbiyaya 0:1 hesabı ilə uduzaraq turniri tərk etmişdi.

Keyruşun köhnə-yeni komandasında növbəti fəaliyyəti bu ayın son həftəsinə təyin olunan beynəlxalq fasilə zamanı başlayacaq. O, Qana yığmasını Afrika Millətlər Kubokunun 2027-ci ilə təyin olunan seçmə mərhələsində də çalışdıracaq.