“Turan Tovuz” ölkə çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub.
"Football-plus.az" xəbər verir ki, bu, premyer-liqanın 31-ci turunun “Sumqayıt”la görüşündə qeydə alınıb.
Qonaqlar bu matçda 4:1 hesablı qələbə qazanıblar.
Premyer-liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.
Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi kimi düşüb. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.