"Kəpəz"in veteran futbolçusu vəfat etdi

13.11.2023 11:34 212
Aktual
"Kəpəz"in veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdı.