"Karvan-Yevlax" Misli premyer-liqasının 8-ci tur matçında "Sumqayıt"ın meydanından məğlub ayrıldı - 1:4.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Fasiləyə bərabərliklə yollana bilsək də, ikinci hissədə standart vəziyyətlərdən qollar buraxdıq. "Sumqayıt"ı təbrik edirəm.
- Növbəti matçlarda iddialı komandalarla qarşılaşacaqsız. Bu oyunlardan nə gözləyirsiz?
- Asan təmsil olmayacağıq. Yeni yaranmış komandayıq. Mübarizə aparacağıq. Ən yaxşısını etməyə çalışacağıq.
- Asan qollar buraxırsız. Bu nəylə bağlıdı?
- Əksəriyyəti standart vəziyyətlər zamanı vurulur. Bu, futbolçuların keyfiyyətiylə bağlı məqamdı.
- Meydança nə vaxt hazır olacaq? Bu məqamın nəticələrə təsir etdiyinizi düşünürsüzmü?
- Əlbəttə. Bəlkə ev oyunlarını Yevlaxda keçirsək, bu gün 10 xalımız olacaqdı. Meydançanın nə vaxt hazır olacağını bilmirəm. Baş məşqçinin işi fərqlidi.
KƏNAN BAHADIR
"Bəlkə ev oyunlarını Yevlaxda keçirsək, bu gün 10 xalımız olacaqdı" - Azər Həşimov
Ölkə futbolu / Manşet






