İngiltərədən İtaliyaya yollandı

6.09.2026 15:46 1
Dünya futbolu
“Yuventus” heyətinə daha bir oyunçu cəlb edib.
“Football-plus.az” xəbər verir ki, İtaliya nəhəngi “Nyukasl”ın hücumçusu Nik Voltemadeni sıralarına qatıb. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı alman futbolçu mövsümün sonuna qədər icarə əsasıda yeni komandasında çıxış edəcək.

Nik “Nyukasl”a bir il əvvəl “Ştutqart”dan 75 milyon avroya keçib. O, ötən müddətdə “sağsağanlar”ın heyətində 53 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Voltemadenin Almaniya yığmasında 10 oyuna 4 qol vurduğunu da xatırladaq.