Klubunda hamını arxada qoydu

6.09.2026 14:23 2
Dünya futbolu
“Real”da avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, klubun mətbuat xidmətinin xəbərinə görə, bu nominasiyada Kilian Mbappe qalib gəlib. Fransalı hücumçu ötən ay İspaniya La Liqasında keçirdiyi 3 oyunda 4 qol vurub.

Mbappe təxirə salınmış 1-ci turun “Real Sosyedad”la oyununda (4:1) het-trik edib. O, 3-cü turun “Malaqa” ilə matçında (4:0) isə bir qol vurub.

Yeri gəlmişkən, 27 yaşlı futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.