“Real”da oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, ötən ayın ən yaxşısı adına Türkiyə millisinin üzvü Arda Gülər layiq görülüb. 20 yaşlı yarımmüdafiəçi oktyabr ayında 4 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Madridlilər həmin oyunların hamısında qalib gəliblər.
Arda “Real”a 2023-cü ilin yayında “Fənərbaxça”dan keçib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.