“Mançester Yunayted”in hansı futbolçuları “Sabah”a qarşı oynamayacaq? – adlar üzə çıxdı

5.09.2026 16:38 16
Avrokuboklar
“Mançester Yunayted”in zədəli futbolçularının son durumu açıqlanıb.

“Football-plus.az” “ManuNews”ə istinadla xəbər verir ki, “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda rəqibi olan “qırmızı şeytanlar” hazırda 4 futbolçusunun xidmətindən məhrumdu. Bunlar Karlos Baleba, Amad Diallo, Matteys de Liqht və Tom Hitondu.

Baleba üçün bir neçə həftə vaxt lazımdı. Yeni transfer olunan yarımmüdafiəçi topuq zədəsi üzündən müalicə alır. Məşqdə zədələnən Amad Diallonun vəziyyəti isə daha kritikdi. Hücumçunun yaşıl meydanlara qayıdacağı vaxt dəqiq deyil. Bel zədəsindən əziyyət çəkən Matteys de Liqt məşqlərə qoşulub. Lakin uzun müddət yaşıl meydanlardan kənarda qalan mərkəz müdafiəçisi yaxın günlərdə şans qazana bilməyəcək. Tom Hitonun bud əzələsi zədə alıb. Qapıçının da qayıdış tarixi sual altındadı.

Qeyd edək ki, bu futbolçuların “Sabah”la oyunu buraxacağı dəqiqdi. Sentyabrın 10-da “Old Trafford”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

KƏNAN BAHADIR